Dünya

Yağan qar ciddi fəsadlar törətdi - VİDEO

2 Dekabr 2015 08:10
1 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bir sıra ölkələri isə artıq yağan qardan əziyyət çəkir.

Milli.Az anspress-ə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının mərkəzi-qərb ştatlarında qarlı hava həyatı iflic edib.

Ən çətin vəziyyət Cənubi Dakota ştatında müşahidə olunur. Burada 25 santimetrədək qar yağıb, yollarda hərəkət qeyri-mümkün olub. Bölgədə onlarla məktəb bağlanıb.

Rusiyanın paytaxtı Moskvada güclü qar yağıb. Qarın hündürlüyü bəzi yerlərdə 9 santımetrə çatıb. Bu gün səhər saatlarında yollarda nəqliyyatın hərəkəti çətinləşib.

Rusiyanın Birinci kanalının məlumatına görə, Moskvanın bütün magistral yollarında on kilometrlərlə uzunluğunda tıxaclar yaranıb. Bəzi yollarda sürücülər 2-3 saat tıxacda qalıblar.

Hazırda Moskvada havanın temperaturu mənfi 1 dərəcə təşkil edir, qar yağmağa davam edir.

Skandinaviyanın cənub regionunda müşahidə olunan "Qorm" qasırğası isə fəsadlara səbəb olub.

Əsasən, İsveç və Danimarka şiddətli küləklərdən əziyyət çəkib. İsveçin Laholm şəhərində sürəti saatda 130 kilometrə çatan külək elektrik şəbəkələrini sıradan çıxarıb. Şəhər rəhbərliyi azı 75 min evin işıqsız qaldığını bildirib.

Qasırğa yüzlərlə evin damını uçurub, ağacları aşırıb, avtomobillərə ziyan vurub. 

Vəziyyətlə əlaqədar İsveçlə Danimarka arasında körpü nəqliyyatının fəaliyyəti dayandırılıb.

Həmçinin, qatarlar da bir müddət fəaliyyət göstərməyiblər.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Yağan qar ciddi fəsadlar törətdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.