Dünya

Sarkisyana "Rədd ol!" deyirlər

2 Dekabr 2015 07:42
0 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda konstitusiya düzəlişləri ilə bağlı referenduma qarşı mitinqlər başlayıb.

Milli.Az azadlıq.org-a istinadən xəbər verir ki, müxalifətdə olan "Yeni Ermənistan" hərəkatının təşkil etdiyi aksiya Azadlıq meydanından start götürüb.

Onlar prezident Serj Sarkisyanın istefasını tələb edib və digər şüarlar səsləndiriblər. Aksiyaçılar həmçinin yeni prezident və parlament seçkiləri keçirilməsini tələb ediblər. Təşkilatçılar tələbləri yerinə yetirilməyincə aksiyanın davam etdiriləcəyini deyirlər.

Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.