Dünya

Zukerberg ata oldu - FOTO

2 Dekabr 2015 07:41
1 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook sosial şəbəkəsinin banisi və sahibi, 31 yaşlı Mark Zukerberq ata olub. Onun xanımı, 30 yaşlı Prissilla Çen qız dünyaya gətirib. Uşağa Maks adı verilib.
Milli.Az bildirir ki, Zukerberq Facebook-dakı səhifəsində qızına məktub ünvanlayıb.
"Prissilla və mən qızımız Maksı bu dünyada salamlamağa çox şadıq. Bu, nəslimizin insan potensialını inkişaf etdirərək bərabərliyi təşviq etmək, xəstəlikləri sağaltmaq, təhsili fərdiləşdirmək, ekoloji baxımdan təmiz enerjini əldə etmək, insanları birləşdirmək, güclü cəmiyyətlər qurmaq, yoxsulluq səviyyəsini aşağı salmaq, bərabər hüquqları təmin etmək, ölkələr arasında anlayışşı artırmaq imkanlarına malik olduğu dünyadır", - Zukerberq yazıb.
Zukerberq xanımının hamilə oldğunu avqustun 1-də Facebook-da yazmışdı.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.