Dünya

NATO Türkiyəni necə dəstəkləyəcək?

2 Dekabr 2015 08:15
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO yaxın bir neçə həftə ərzində Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə  tədbirlər paketi hazırlayacaq və Alyansın cənub-şərq regionunda nəzarəti gücləndirməyi planlaşdırır. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin rəsmi bəyanatında bildirilir.  
 
"NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu məsələni oktyabrda keçirilən görüşdə müzakirə ediblər və Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə gələcək tədbirlərin görülməsinə dair göstərişlər veriblər. Bu gün biz görülmüş işləri nəzərdən keçirdik, irəliləyiş var", deyə bəyanatda bildirilir.    
 
Sənəddə Rusiyanın "Su-24" təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə bağlı heç bir xatırlatma yoxdur. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.