Dünya

NATO Türkiyə səmasını qoruyacaq

2 Dekabr 2015 07:21
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-ya üzv olan dövlətlər Rusiyanın "Su-24" təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyənin hava məkanının təhlükəsizliyini möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə dair qərar qəbul ediblər. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
 
Məlumata görə, Türkiyədə yerləşdirilmiş "Patriot" zenit-raket komplekslərindən başqa Alyans Ankaraya əlavə müdafiə vasitələri təqdim edəcək.  
 
Nəşr qeyd edir ki, Rusiyanın "Su-24" təyyarəsi ilə bağlı insidentdən əvvəl ABŞ Türkiyəyə "F-15"  qırıcı təyyarəsinin göndərildiyini bildirib. Türkiyə ərazisində həmçinin Britaniya təyyarələri də yerləşdiriləcək. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.