Dünya

Kerri Çavuşoğlu ilə müzakirələr apardı

2 Dekabr 2015 08:34
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşüb. 
Milli.Az APA-ya istinadən bildirir ki, Dövlət Departamentində dərc edilmiş məlumata əsasən, görüşdə Rusiya-Türkiyə münasibətlərində yaranmış son vəziyyət əsas müzakirə mövzusu olub.
 
"Nazir Mövlut Çavuşoğlu dövlət katibini Türkiyənin öz mövqeyini Rusiyaya necə çatdırmağa çalışdığı barədə məlumatlandırıb, dövlət katibi bunu dəstəkləyib", deyə rəsmi məlumatda bildirilir.
 
Kerri və Çavuşoğlu danışıqlar zamanı həmçinin İŞİD-ə qarşı mübarizəni müzakirə ediblər.  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.