Dünya

ABŞ Suriyada əməliyyatlara hazırlaşır

2 Dekabr 2015 08:40
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Suriyada birtərəfli əməliyyatlar keçirmək üçün xüsusi təyinatlı qüvvələrini İraqda yerləşdirir. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.
 
"İŞİD-ə daha çox təzyiq göstərmək məqsədilə biz xüsusi təyinatlı qüvvələrimizi yerləşdirməyə başlamışıq", deyə o dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, bu addımlar İŞİD liderlərini məhv etmək üçün atılır.   
 
"Bu qüvvələr müəyyən müddətdən sonra Suriyada birtərəfli əməliyyatlar keçirməyə başlayacaq", deyə Karter qeyd edib. O əlavə edib ki, İraq ərazisində keçiriləcək reydlərin hamısı yerli hökumətlə razılaşdırılacaq.  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.