Dünya

Əli Laricani: "Nardaranda baş verənlər Azərbaycanın daxili işidir"

1 Dekabr 2015 17:54
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında dost və qardaşlıq əlaqələri mövcuddur: "Hər iki ölkə uzun illərdir ki, mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər".

İran parlamentinin sədri Rusiya və Türkiyə arasında yaranan gərginliyə də münasibət bildirib: "Rusiya və Türkiyə arasında olan gərginlik bizi çox narahat edir. Biz bunu qəbul etmirik. Bu terrorizmlə mübarizədə düzgün yol, seçim deyil. Biz bu hadisədən çox narahatıq".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.