Dünya

"Türkiyədə təhsil alan bütün tələbələr qısa müddətdə geri qaytarılacaq"

1 Dekabr 2015 16:36
4 Şərh     Baxış: 2 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik mübadilə proqramı üzrə Türkiyədə təhsil alan Rusiya vətəndaşı olan bütün tələbələr qısa müddətdə ölkəyə qaytarılacaq.

Report "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyədə yüzdən az rusiyalı tələbə təhsil alır.

Qeyd edək ki, bu yaxınlarda Rusiyanın təhsil naziri Dmitri Livanov ölkəsinin ali təhsil müəssisələrinin rəhbərliyinə Türkiyə ilə əməkdaşlığın dayandırılması haqda məktub göndərib.

Nazirin məktubunu mətbuat xidməti belə izah edib: "Həmin məktubda rusiyalı müəllimlərin və tələbələrin Türkiyəyə səfərinin təxirə salınması nəzərdə tutulub". Nazirlik onu da bildirib ki, iki ölkə arasında ümumi təhsillə bağlı bir razılaşma mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.