Dünya

Qadını döyən erməni ifaçıya hökm oxundu - FOTO

1 Dekabr 2015 14:35
10 Şərh     Baxış: 2 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə məhkəməsi məşhur rok ifaçısı Hayko Cepkinə hökm oxuyub.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, iki il əvvəl Beyoğlu ərazisində qadını döyməkdə günahlandırılan ifaçının məhkəmə prosesi yekunlaşıb.

İstanbul Asliyə Cəza Məhkəməsində baş tutan prosesdə şikayətçi Gülşən A. və Cepkinin vəkili iştirak ediblər.

Hakim prosesdə sənətçinin mövqeyini nəzərə alaraq 1000 türk lirəsi pul cəzası verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə İstanbuldakı yerli barların qarşısında baş verib. Şikayətçinin dostları Haykoya salam veriblər. Bu zaman Gülşən. A. "Bu kimdir ki, ona salam verirsiz" sözlərindən istifadə edib.

Buna əsəbləşən rok ifaçısı qadına başı ilə zərbə endirib, təpikləməyə başlayıb.

Başından ağır yaralanan qadın məhkəməyə müraciət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.