Dünya

Jirinovski yenə sərsəmlədi: "İki raket bəsdir ki, İstanbul..." - VIDEO

1 Dekabr 2015 14:09
38 Şərh     Baxış: 4 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İndiki şəraitdə Rusiyada Sinop döyüşünün ildönümü bayram olunmalıdır. Həmin döyüşdə vitse-admiral Pavel Naximov Sevastopoldan 300 km aralıda Türkiyə eskadrasını məğlub etmişdi. Bu, hərb şərəfimizin günüdür. Türkləri darmadağın etdiyimiz 12 müharibə barədə məlumat verin, filmlər göstərin. Bunun əvəzində isə telekanallarda Xazanovun ad gününü qeyd edirlər!"

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski bu gün belə deyib.
Milli.Az bildirir ki, V.Jirinovski daha sonra bildirib: "Bosfor boğazından keçən gəmiləri Türkiə indi ciddi yoxlamalar üçün ləngidir. Türklərə xatırlatmaq istəyirəm ki, SSRİ dövüründə də onlar boğazları bağlamaq istəmişdilər. Onda həmin dövrdə XİN başçısı olan Qromıko demişdi: "Aralıq dənizinə keçmək üçün gəmilərimizə cəmi bir neçə raket atışı lazımdır. Bundan sonra Aralıq dənizinə daha iki boğaz, keçid yaranacaq. Türklər hədlərini aşmamalıdır. İki raket bəsdir ki, İstanbul yox olsun. Rusiyanın Xarici İşlər Nazirliyi belə bəyanatla çıxış etməlidir".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.