Dünya

Ermənistan müxalifəti yenidən ayağa qalxdı: "Sərkisyan getməlidir!"

1 Dekabr 2015 11:03
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Finişə yaxınlaşırıq, yaxın günlər Ermənistan xalqı üçün adi olmayacaq".

Azadlıq.org xəbər verir ki, bunu jurnalistlərə "Yeni Ermənistan" hərəkatının lideri Zirayr Səfilyan deyib.

O bildirib ki, bu gündən başlayacaq daimi mitinqlər üçün Azadlıq meydanında çadırlar qurula bilər. Səfilyan qeyd edib ki, hərəkat bununla bağlı şəhər meriyasına müraciət edib, amma hələlik cavab almayıb.

Z.Səfilyan hakimiyyətin referendumadək dəyişəcəyi və Serj Sərkisyanın devriləcəyinə inandığını bildirib.

Xatırladaq ki, dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.