Dünya

Bəşər Əsəd sülh bağlamaq istəyir

1 Dekabr 2015 09:09
0 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Bəşər Əsəd Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqların Praqada aparılmasının tərəfdarıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriyanın dövlət başçısı Çexiya televiziyasına müsahibəsində bəyan edib
 
"Çexiya özünün düşünülmüş mövqeyi ilə fərqlənir. Misal üçün, sülh konfransı Fransada baş tuta bilməz. Bu ölkə terrorizmi və müharibəni dəstəkləyir. Praqaya dair təklif bütün tərəflərin ürəyincə oldu", - deyə B.Əsəd bildirib.
 
Suriya prezidenti Çexiyanın paytaxtında sülh sazişinin bağlanma imkanlarını təsdiqləyib: "Bu tam realdır. Bunun gerçəkləşməsini həm hökumət, həm də müxalifət istəyir".
 
B.Əsədin sözlərinə görə, münaqişənin nizamlanmasının əsas şərti  terrorizm üzərində qələbədir: "Məhz bunun nəticəsində səmərəli siyasi dialoq və ölkədə vəziyyətin normallaşması mümkündür".
 
O, həmçinin avropalıları suriyalı qaçqınlara yardım göstərməyə çağırıb: "Onların əksəriyyəti namuslu və vicdanlı insanlardır. Lakin etiraf etməliyik ki, qaçqınların sıralarına terrorçular da qəsdən yeridilir. Sayları nə qədərdir - demək çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.