Dünya

Rusiyada qadağan olunacaq türk mallarının siyahısı

1 Dekabr 2015 09:04
8 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların tam siyahısı dekabrın 1-də dərc olunacaq. Buna baxmayaraq, Rus KİV-lərin əlinə ilk növbədə Rusiyaya girişi qadağan ediləcək türk məhsullarının siyahısı düşüb.

Trend xəbər verir ki, "İzvestiya" qəzetinə bu siyahını Kənd Təsərrüfatı Nazirliyindəki mənbə verib.

Bu informasiyadan belə məlum olur ki, Türkiyəyə qarşı iqtisadi sanksiyalar ABŞ və Avropa İttifaqına tətbiq edilən embarqo ilə eyni olacaq. Hökumət Türkiyədən, əsasən müxtəlif növ ət və toyuq, süd və ağartı, balıq və dəniz məhsulları, fındıq və qoz, meyvə-tərəvəz, həmçinin göyərti idxalına qadağa qoymaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.