Dünya

Türkiyədə vurulan təyyarənin pilotunun cənazəsi Rusiyaya gətirildi

30 Noyabr 2015 18:29
1 Şərh     Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulan SU-24 təyyarəsinin pilotunun cənazəsini daşıyan təyyarə Moskva vilayətinin Çkalov aerodromunda eniş edib.

APA-nın xəbərinə görə, bu barədə "Zvezda" telekanalı məlumat yayıb. Pilot Oleq Peşkovun cənazəsini daşıyan təyyarə bu gün səhər saatlarında Türkiyədən yola salınıb. Uçuşdan əvvəl təşkil olunan matəm mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və güc strukturlarının nümayəndələri iştirak ediblər.

Pilotun meyidi Türkiyə ərazisinə ötən gün gətirilib. Oleq Peşkov dekabrın 2-də Lipetskdə dəfn ediləcək.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurub. Nəticədə O. Peşkov həlak olub, digər ekipaj üzvü isə yaralanıb. O. Peşkova ölümündən sonra "Rusiya qəhrəmanı" adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.