Dünya

Dünyanın ən şirin xəbəri

30 Noyabr 2015 17:59
3 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin ən qocaman pandası Basının 35 yaşı qeyd olunub.

AZƏRTAC "Sinxua" agentliyinə istinadla xəbər verir ki, insan ölçülərinə görə panda hazırda təqribən yüz yaşındadır.

Bu heyvan Çində təkcə yaşına görə məşhur deyil: Bası 1990-ci ildə Pekində keçirilən Asiya Oyunlarının rəmzi üçün nümunə olub. Zooloqlar bildiriblər ki, pandanın uzunömürlü olmasına üç amil təsir göstərib: əhliləşdirmə, elmi cəhətdən işlənib hazırlanmış rasion və peşəkar tibbi qulluq.

Məsələn, əhliləşdirmə sayəsində bu dişi ayı insanlara etibar etməyə və onları özünə yaxın buraxmağa başlayıb. Bu da onun sağlamlığı ilə bağlı problemləri vaxtında üzə çıxarmağa imkan verir. Məsələn, Basının gözlərində katarakta əməliyyatı aparılıb, nəticədə onun görmə qabiliyyəti qismən bərpa olunub. Basının dişləri sağlamdır.

Bası Fuçjou şəhərindəki (Futszyan əyaləti) nəhəng pandaların tədqiqi mərkəzində yaşayır. 1984-cü ildə, pandanın dörd yaşı olanda yerli kəndlilərdən biri kaftardan qaçarkən soyuq çaya düşən pandanı xilas edib. Əvvəlcə onu qoruğa, daha sonra mərkəzə gətiriblər.

Bası dünyada ikinci ən yaşlı pandadır. Ən yaşlı panda isə Honkonqun əyləncə parkında yaşayan Sya-Sya ləqəbli 38 yaşlı pandadır. Pandalar xüsusi nəzarət altında bir qayda olaraq təqribən 30 il yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.