Dünya

Putin Ərdoğanla görüşdən imtina etdi

30 Noyabr 2015 15:17
7 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Ərdoğanla görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq", - deyə o söyləyib. D. Peskov iki prezident arasında telefon danışığını da istisna edib: "Hələlik Putinin qrafikində hər hansı belə əlaqə yoxdur. Başqa şərh vermək istəməzdim".

D. Peskov sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini də əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.