Dünya

Paris çalxalanır: 208 nəfər həbs olundu - VİDEO - FOTO

30 Noyabr 2015 09:50
1 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə ifrat solçular, ekoqloqlar və anarxistlərin ətraf mühitin mühafizəsinə həsr olunmuş etiraz aksiyasını polis dağıdıb.
Şəhər polisinin prefekti Mişel Kadonun dediyinə görə, Parisin mərkəzindəki Respublika Meydanında aksiyaya qatılanların 208 nəfəri saxlanılıb.

Milli.Az Le Parisien-ə istinadən bildirir ki, aksiya kütləvi iğtişaşa çevrilib və polis mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Lakin toqqquşmalarda kimsə xəsarət almayıb.
Fransa prezidenti Fransua Olland baş verənləri "qalmaqal" adlandırıb.

"Orada asayişi pozmağa çalışanların, ətraf mühitin mühafizəsi məsələləri və ya konfransa uğur arzulayanlarla heç bir əlaqəsi olmayıb. Ora Respublika Meydanıdır, terrordan həlak olanların xatirəsinə çiçəklər qoyulub, şamlar yandırılıb. Planetin gələcəyi ilə bağlı hamıya qərar qəbul etməyə imkan verəcək iqlim konfransından əvvəl belə aksiya qalmaqaldır. O adamların meydanda işi yoxdur və həmin şəxsləri meydandan uzaq tutmaq üçün hər şey ediləcək", - F.Olland deyib.

Parisdə bu gün iqlim dəyişiklikləri problemlərinə həsr olunmuş beynəlxalq COP21 konfransı işə başlayır. Respublika Meydanındakı aksiyanın təşəbbüskarı isə "Koalisiya İqlim 21" hərəkatıdır.
Parisdə noyabrın 14-də törədilmiş terror aktlarından sonra Fransada fövqəladə vəziyyət tətbiq olunub. Kütləvi aksiyalar, mitinqlər və yürüşlər qadağan edilib.

BMT-nin iqlim dəyişiklikləri Konvensiyası çərçivəsində təşkil olunmuş COP21 konfransı dekabrın 11-dək davam edəcək.  Tədbirdə 138 dövlət və hökumət böaşçısı iştirak edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.