Dünya

İŞİD əraziləri itirir, yoxsa genişləndirir?

28 Noyabr 2015 23:27
1 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq və Suriyada İŞİD qrupuna qarşı hava əməliyyatından sonra Fransanın Rafale hərbi təyyarəsi Aralıq Dənizindəki Charles-de-Gaulle təyyarə daşıyan gəmiyə qayıdır.
Britaniyanın baş naziri David Cameron Birləşmiş Krallığı Suriyada İslam Dövləti adlanan təşkilata qarşı hava kampaniyasına qoşulmağa çağırır.
O deyib ki, hava zərbələri qrupun nəzarətində olan ərazilərin 30 faizini itirməsinə səbəb olub.
BBC-nin "More or Less" - "Az ya çox" proqramı bu statistikanın doğruluğunu və təfərrüatlarını öyrənməyə çalışıb.
Noyabrın 13-də 130 insanın həyatına son qoymuş terrorçu hücumlardan sonra Birləşmiş Krallığın baş naziri David Cameron BBC-yə İslam Dövləti adlı təşkilata ziyan vurulmasında hava zərbələrinin nə qədər uğurlu olduğundan söz açmışdı. O deyirdi ki, silahlı qruplaşma nəzarətində olan ərazinin 25-30 faizini itirib.
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner bu statistikanı şübhə altına alır: "David Cameronun dediyi kimi, onların 25 faiz ərazi itirməsi barədə ideya aldadıcıdır. Ola bilsin ki, bu iddianı xəritə üstündə birtəhər isbat etmək olar, lakin reallıqda təkcə ötən il onlar Palmiranı, Ramadini götürüblər, İraqın ən şimalındakı ikinci böyük şəhəri Mosulu qaytarmaq niyyətində olduqları görünmür. Onlar hələ də oradadırlar. Heç yerə getməyiblər."

Çərşənbə günü Rusiya sentyabrın 30-da Suriyadakı İslam Dövləti qruplaşmasının mövqelərinə hava zərbələrini əks etdirən görüntüləri yayıb.
Gardner BBC 4 Radiosunun "More or Less" proqramına bunları deyib: "Burda hava zərbələrinin İŞİD-ə yaralar vurduğu sual olunmur. Amerikalıların dediyinə görə, onlar özlərinin orta və ya yüksək liderlərini az qala, hər gün itirirlər. Lakin onlar bu liderləri təzələyə bilirlər".
Baş nazirin ofisindən göstərilən rəqəmləri ötən apreldə Birləşmiş Ştatların ordu polkovniki Steve Warren verib.
Polkovnik Warren deyib ki, İraqın İŞİD tərəfindən götürülmüş ərazisinin 25-30 faizi koalisyia qoşunları tərəfindən geri alınıb.

Bu doğrudur, ya yox?

Oxsford Araşdırma Qrupunun qlobal təhlükəsizlik məsləhətçisi professor Paul Rogersin buna şübhəsi var: "Düşünürəm ki, bu rəqəm, söhbət yalnız yarımsəhra və əhalisiz ərazilərdən gedəndə doğru ola bilər".
Lakin professor Rogers "More or Less" proqramına bunları da deyib: "Bu doğrudur ki, İŞİD-in İraqdakı irəliləyişinin qarşısı alınıb və təşkilat şimalda, kürdlərin onlarla döyüşdüyü yerlərdə, habelə Bağdadın şimalındakı Tikrit ətrafında, həm də Baycidə bir qədər geriyə oturdulub".
"Tikrit hökumət qoşunları tərəfindən geri alınıb və Bayci şəhəri də, belə görünür ki, hökumətin əlindədir. Lakin Fəlluca, Ramadi (orada uzun müddət mühasirə vəziyyəti olub) və Mosulda İŞİD-lə qarşılaşmaq son dərəcə çətin olub.
Rogers deyir ki, əksinə, Suriyada İŞİD qrupunun öz ərazisini genişləndirdiyinə dair sübutlar var. 25-30 faiz statistikasının tərs tərəfi budur ki, burada söhbət daha çox əhalisi olan yerlərdən yox, əhalisizləşmiş ərazilərdən gedə bilər.

Koalisiyanın İŞİD qrupuna qarşı müharibədə uğurunu necə qiymətləndirməli?
Professor Rogers düşünmür ki, ərazi, müvəffəqiyyətin qiymətləndirilməsi üçün yaxşı ölçü vasitəsidir.
O deyir ki, biz daha çox yaraqlı qruplaşmanın qabiliyyətinə nəzərə yetirməliyik: "Narahatedici cəhət odur ki, İŞİD, əl-Qaedanın 10 il bundan əvvəl istifadə etdiyi taktikaya qayıdıb və buradan xaricdəki hədəflərə hücumlarını başlayıb.
"Bu vaxtadək qrup az qala bütün diqqətini öz coğrafi ərazisinin, öz xilafətinin və ya protoxilafətinin genişləndirilməsinə yönəltmişdi. İndi isə təşkilat xaricə çıxmağa başlayıb. Biz Parisdəki dəhşətli hücum, Rusiya sərnişin təyyarəsinin partladılması və Beyrutda çox sayda insanın ölümü ilə nəticələnmiş basqınlar zamanı bunun şahidi olduq.
"İndi biz elə bir dövrə qədəm qoyuruq ki, İŞİD əslində xaricdə hücumlar planlaşdırmaq və həyata keçirməyə daha əzmlidir və bu, əsl narahatçılığa səbəb olmalıdır".
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.