Dünya

Türk tələbələr Rusiyadan qovulur

28 Noyabr 2015 23:16
18 Şərh     Baxış: 3 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Voronej Yüksək Texnologiyalar İnstitutunda təhsil alan türk tələbələrə ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib.

Milli.Az azadlıq.info-ya istinadən bildirir ki, adının açıqlanmasını istəməyən tələbə, məktəb rəhbərliyinin onlardan 2-7 dekabr tarixləri arasında Rusiyadan çıxmalarını tələb etdiyini bildirib. Tələbələrə göstərilən tarixə qədər Rusiyanı tərk etməyəcəkləri halda deportasiya olunacaqlarını da deyiblər.

"Rəhbərlik bizə ölkədəki türk vətəndaşlarının deportasiya ediləcəyini bildirib. Bizə bununla bağlı hər hansı yazılı sənəd təqdim etməyiblər. Ancaq rəhbərlik 2-7 dekabr tarixləri arasında könüllü olaraq ölkədən  çıxmaq istədiyimiz haqda bir sənədə imza atmamızı tələb etdi. Yeddi yoldaşımız tələb olunan sənədə imza atsalar da, mən və başqa bir tələbə bundan imtina etdik. Ümumilikdə,  şəhərdə 45-50 tələbə var. Bütün tələbələrin məktəb rəhbərliyi tərəfindən ünvanları və telefon məlumatları götürülüb".

İki ölkə arasında yaşanan gərginliyin beşinci günündə Rusiya polisi,  Moskvanın 840 kilometr cənub-şərqində, Volqa çayı sahilində yerləşən Saratov şəhərində də təxminən yüz nəfər türk tələbənin qaldığı Universitet yataqxanasına səhər saatlarında basqın edib.

Tələbələrdən birinin verdiyi məlumata görə, polis, yalnız türk tələbələrin qaldığı otaqlara girərək onların sənədlərini yoxlayıb, bəzi bağlı otaqların isə qapılarını qıraraq içəri daxil olublar. Yoxlamalar bitdikdən sonra isə təxminən 20 tələbə polis nəzarəti altında xəstəxanaya aprılıb.

Tələbələrdən xəstəxanada narkotik istifadə edib-etmədikləri soruşulub və onlar  sidik testi ediliblər. Bundan başqa, onlar polislər tərəfindən deportasiya edilməklə təhdid edilib və hətta bununla bağlı tələbələrə zorla boş kağıza imza da atdırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.