Dünya

Ərdoğandan Putinə: "Düşmənləri sevindirməyək"

28 Noyabr 2015 16:12
22 Şərh     Baxış: 7 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri korlamaq niyyətində olmadıqlarını açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyə prezidenti Paris görüşünün münasibətlərdə dönüş nöqtəsi olacağına inandığını deyib:
 
"Rusiya ilə aramızda baş verən məsələnin böyüməsini istəmirik. Belə bir vəziyyətdə tərəflərin hadisəyə müsbət yanaşmasını gözləyirik. Rusiyaya deyirik ki, gəlin, bu məsələni aramızda, öz sərhədlərimiz daxilində danışaq, həll edək. Məsələni bütün əlaqələrimizin zərər görəcəyi bir həddə çatdırmayaq, düşmənləri sevindirməyək. Bazar ertəsi Parisdə təşkil olunacaq BMT İqlim Dəyişikliyi Zirvəsi əlaqələrimizin normallaşması üçün bir fürsət ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.