Dünya

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

28 Noyabr 2015 11:59
1 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Su24" hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar Rusiya Federasiyası hökuməti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-la əməkdaşlığı dayandırmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski federasiyanın Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tuva, Xakasiya respublikalarının hökumətlərinə TÜRKSOY-la əlaqələrin dərhal dayandırılması barədə teleqram göndərib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, "Su24" insidenti ilə bağlı Türkiyə üzr istəmədiyi üçün Rusiya TÜRKSOY-la razılaşmanı dondurmalıdır.

Qeyd edək ki, Rusiya təşkilata daxil olmasa da, onun tərkibində olan türkdilli respublikalar TÜRKSOY-da müşahidəçi statusuna malikdir.

Türkdilli ölkələri birləşdirən TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin iştirakı ilə Almatıda yaradılıb. Təşkilatın əsas qayəsi türk xalqlarına məxsus ümumi mədəni irsin gələcək nəsillərə çatdırılmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.