Dünya

Rusiya aviasiyası türkmənləri azı 17 dəfə bombardman edib - "Reuters"

28 Noyabr 2015 11:05
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib".

APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyini, həmin yaşayış məntəqələrində əsasən etnik türkmənlərin yaşadığını bildirib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmənlərinə aid azı 15 hədəfə zərbələr endirib.

"Ruslar "Su-24" təyyarəsi vurularkən türkmən kəndlərini bombalayırdı", - deyə Suriya Türkmənləri Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmənin Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.