Dünya

Ərinin partlatdığı deputatın fotoları yayıldı - FOTO

28 Noyabr 2015 11:55
5 Şərh     Baxış: 2 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Oksana Bobrovskayanın ailə fotoları, habelə onun həlak olmasından sonra çəkilmiş şəkillər yayılıb.

Rusiyanın Novosibirsk rayonunda Oktyabr rayon sovetinin deputatı Oksana Bobrovskaya həlak olub.

Milli.Az Re24-ə istinadən bildirir ki, deputat xanımın əri arvadını xəyanətdə suçlayaraq qisas almaq istəyib və Toyota RAV-4 avtomobilində olarkən əl qumbarasını partladıb.

Avtomobil O. Bobrovskayaya məxsus idi.

"Onların ikisi də maşının arxa oturacağında oturmuşdular. Bu zaman Oksana Bobrovskayanın əri qumbaranı partladıb", - rayon prokurorunun köməkçisi Anastasiya Kuleşova deyib.
O.Bobrovskaya və əri son vaxtlar tez-tez mübahisə edirdilər. Mübahisələr davaya dönürdü. 
4 yaşlı qız anası Oksana Bobrovskaya "Diskus Plus" tikinti şirkətinin baş direktorunun müavini idi.

 Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.