Dünya

Jirinovski: "İstanbula nüvə bombası atmaq lazımdır"

27 Noyabr 2015 17:31
89 Şərh     Baxış: 8 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəyə raket-nüvə zərbəsi endirərək oranı məhv etmək gərəkdir.

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Qovorit Moskva" radiostansiyasının efirində belə deyib.

Milli.Az bildirir ki, V.Jirinovskinin fikrincə, Türkiyə, İstanbul nüvə bombardmanına məruz qalarsa, NATO qarışmayacaq, çünki "nüvə yanğınında kül olmaq istəməyəcəklər".

"Türklər şərq xalqıdır və onları ən çox naməlumluq qıcıqlandırır, narahat edir. Onlar çılğınlaşıblar. Türkiyənin prezidenti, baş naziri, Baş qərargahı... Onlar nə baş verəcəyini bilmirlər. Onların yerinə olsaydım, Türkiyəyə dağıdıcı zərbədən qorxardım. Türkiyə prezidentinin bir axmaq hərəkti bəsdir ki, bu ölkə, ümumiyyətlə, yoxa çıxsın", - V.Jirinovski deyib.

Onun fikrincə, Türkiyəni nüvə-raket zərbəsi ilə "məhv etmək olar": "İstanbulu məhv etmək çox asandır. Körfəzə bir nüvə bombası atmaq bəsdir ki, İstanbulu su yuyub aparsın. Bu elə bir dəhşətli su daşqını olacaq ki, dənizdə suyun səviyyəsi 10-15 metrə qalxacaq, şəhər məhv olacaq. İstanbulda isə 9 milyon insan yaşayır".

RLDP lideri əmin olduğunu bildirib ki, indi "Rusiyanın bir nömrəli düşməni Türkiyədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.