Dünya

Türkiyə ilə müharibə gözlənilirmi?

27 Noyabr 2015 11:26
3 Şərh     Baxış: 3 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Dojd" ("Yağış") telekanalının baş mütəxəssisi Stanislav Belkovski ünvanladığınız bütün suallara yenidən cavab verdi. Bu dəfə bir neçə mövzu ətrafında söhbətlər aparıldı: Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması, uzaq məsafədən vuranların Moskva Dairəvi Avtomobil Yoluna qədər gəlmək ehtimalları və nəyə görə Rusiya hökuməti krımlılara yardım etməkdə tələsmir.

Nəyə görə Türkiyə Rusiya təyyarəsini vurdu?

Rusiya təyyarələri mütəmadi olaraq NATO ölkələrinin hava sərhədlərini pozmağa çalışıb: Böyük Britaniya, Fransa, Türkiyə. Çox güman, NATO ölkələri belə qənaətə gəldilər ki, bir gün hər hansı bir ölkə, məsələn, Türkiyə, aydın şəkildə göstərəcək ki, bunu etmək olmaz. Rusiya təyyarəsini vurmaq qərarı Türkiyə tərəfindən NATO müttəfiqləri ilə, daha dəqiq desək, baş müttəfiqlərlə razılaşdırılmadan qəbul olunub. Lakin bu alyansda rəsmi olaraq baş və ya kiçik müttəfiq yoxdur.

Rusiya təyyarəsini vurmaqla Ərdoğan nə demək istədi?

Birinci dəfə deyil ki, o bu hərəkətə yol verməyin gərəksizliyini sübut etmək istədi. Bundan başqa, Türkiyə və Rusiya arasında Suriya məsələsinə dair ciddi fikir ayrılığı yaşanır. Ərdoğan Rusiyanın dünyanın müəyyən hissəsini idarə edən qüdrətli dövlət statusunu almaq üçün Suriyanı istifadə etməsinin qəti əleyhinədir. Onların bir birinə oxşayıb-oxşamamasından asılı olmayaraq, bu məsələdə bu iki ölkə hec cür razılığa gələ bilmirlər. Sadəcə olaraq bu Putinin müəyyən mənada süni, nümayişkaranə qəddarlığının nümunəsidir. Ola bilsin, Ərdoğanda da bu sünidir, lakin onun müxalifətçi dəstəsi və həbsxanası bu süniliyin çox az dərəcədə olduğuna əsas yaradır.

Türkiyə ilə müharibə gözlənilirmi?

Birbaşa müharibə olmayacaq. Yalnız diplomatik və iqtisadi. Bildiyimiz kimi, artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov rusiyalıları heç bir halda Türkiyədə olmamağa səslədi.

Rusiyalı turistlər Türkiyədə istirahət edə biləcəklərmi?

Turist axınının qarşısı alınacaq. Hər kəsi qorxudacaqlar və məşhur mahnıdakı kimi "Uşaqlar, Afrikaya gəzməyə getməyin" deyəcəklər. "Balaca uşaqlar, heç vaxt Türkiyəyə gəzməyə getməyin, Türkiyədə akulalar, qorillalar, zalım timsahlar var". Lakin monotonluq, təkrarlanma daimidir və bu məcrada Rusiyanın atacağı addımların proqnozlaşdırılması kontragentlərə heç bir təsir göstərə bilməyəcək. Türkiyə Rusiya Federasiyasının təyyarəsini vurarkən bu riskləri gözə almışdı, yəni, artıq məlum məsələ idi, Rusiya hansısa tədbir görəcək. Neftin qiymətinə dair proqnozlar edilərkən, belə bir fikir söylənilir: bu qiymət reallaşmasından asılı olmayaraq müəyyən riskləri daşıyır.

Türkiyə boğazlarını bağlasa, nə baş verəcək?

1936-cı ildə imzalanan Boğazlar haqqında Montre konvensiyasına əsasən, Türkiyə istənilən dövlətlə müharibə vəziyyətində olduğu təqdirdə şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə boğazları bağlaya bilər. Buna görə də Montre konvensiyasına uyğun olaraq , Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiya üçün rəsmi şəkildə bağlamaq hüququna malikdir. İstisna hal deyil ki, təyyarə ilə bağlı bu kazus məhz elə bunun üçün təşkil olunmuşdu: boğazların mümkün bağlanılması Rusiya kontingentindən olan 25-30 min insanın gəlməsinin qarşısını ala bilər. Bu məsələ öncə də, xüsusilə Rusiya parlamentinin iki palatasının birgə iclasında müzakirəyə çıxarılmışdı. Bu zaman hərbi gəmilər boğazlar vasitəsilə Suriyaya gedə bilməyəcəklər və Suriyadakı Rusiya ordusunun təchiz edilməsi tamamilə zəifləyəcək və bu hal başdan bəri Suriyaya quru qoşunların yürüdülməsi imkanını istisna edəcək.

Orxan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.