Dünya

"Ümid edirik ki, “Su-24” təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq"

27 Noyabr 2015 08:26
3 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ümid edirik ki, "Su-24" təyyarəsi ilə bağlı baş verən insident bir daha təkrarlanmayacaq. Əks təqdirdə bizə heç bir koalisiya lazım deyil". Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə qarşılıqlı fəaliyyətə hazırıq. Lakin əlbəttə ki, bizim təyyarənin məhv edilməsi, hərbçilərimizin həlak olması kimi insidentlərin baş verməsi tamamilə qəbuledilməzdir. Biz ümid edirik ki, bu bir daha təkrarlanmayacaq. Yoxsa bizə heç kimlə, heç bir koalisiya ilə belə qarşılıqlı fəaliyyət lazım deyil. Bu gün Fransa prezidenti ilə danışıqlarımızın predmeti məhz bu olub. Razılaşdıq ki, yaxın vaxtlarda həm ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərkibində, həm də ikitərəfli formatda əməkdaşlığa dair müzakirələr aparılsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.