Dünya

Ərdoğan: "Türkiyə Rusiya ilə münasibətlərində ciddi insidentin baş verməsini istəmirdi"

27 Noyabr 2015 08:24
0 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.

"Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin  yaranmasında maraqlı deyilik", deyə Ərdoğan qeyd edib.
 
"Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq  əməkdaşlığı davam etdirməlidir", deyə Türkiyə prezidenti qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.