Dünya

"Türkiyənin də daxil olduğu koalisiya təyyarələrimizin səmada olduqları yeri və vaxtı bilirdi"

27 Noyabr 2015 08:12
1 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Suriya ilə bağlı ABŞ-la məlumat mübadiləsi edir. Lakin bunun nəticələri bizi narahat edir". Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz məlumat mübadiləsi aparırıq. Lakin bizi bu mübadilənin xarakteri və birgə işimizin nəticələri narahat edir. Baxın, biz əvvəlcədən amerikalı tərəfdaşlarımızı məlumatlandırmışdıq ki, harada, nə vaxt, hansı eşelonlarda pilotlarımız əməliyyat keçirəcəklər", deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin Türkiyənin də daxil olduğu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rusiya təyyarələrinin havada olduqları yeri və vaxtı bildiyini qeyd edib: "Məhz o yerdə həmin vaxtda biz zərbə aldıq. Soruşarlar, niyə biz bu məlumatları vermişdik. Ya onlar öz müttəfiqlərinin nə etdiklərini yoxlamırlar, ya da ki, fəsadlarını anlamadan bu məlumatları sağa-sola paylayırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.