Dünya

Putin: "Türkiyə ilə görünməmiş səviyyədə olan münasibətlərimiz kobudcasına məhv edilir"

27 Noyabr 2015 07:50
3 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Suriyada Rusiya təyyarəsi vurulduqdan sonra Rəcəb Tayyip Ərdoğan vəzifəsindən getməlidir ya yox, bu Rusiyanın işi deyil. Lakin təəəssüflər olsun ki, görünməmiş səviyyədə olan münasibətlər cox kobudcasına məhv edilir". Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Ərdoğanın vəzifədən gedib-getməməsi tamamailə bizə aid olan məsələ deyil, bu Türkiyə xalqına aid olan məsələdir. Biz heç vaxt buna qarışmamışıq, bundan sonra da qarışmağa hazırlaşmırıq. Türkiyə ilə son 10 ildə dövlətlərarası münasibətlər görünməmiş səviyyəyə qalxmışdı. Biz Türkiyəni sadəcə qonşu deyil, dost ölkə, az qala müttəfiq hesab edirdik.  Çox təəssüflər olsun ki, bu münasibətlər kobudcasına məhv edilir", deyə Vladimir Putin Ərdoğanın "Türkiyənin İŞİD-dən neft aldığı sübut olunsa, prezident vəzifəmdən getməyə hazıram" bəyanatını şərh edərkən söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.