Dünya

Lavrov: "Ərdoğandan Putinə telefon zəngi gəlməyib"

27 Noyabr 2015 07:44
1 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya XİN rəhbəri Sergey Lavrov prezident Vladimir Putinə türkiyəli həmkarı Ərdoğandan telefon zəngi gəlmədiyini bildirib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Sergey Lavrov Türkiyə rəhbərinin rusiyalı həmkarına zəng etmək cəhdi barədə açıqlamasına şərh verərkən deyib. 

"Zəng olmayıb", deyə Lavrov vurğulayıb.  
 
Qeyd edək ki,  Ərdoğan Fransanın "France 24" telekanalına müsahibəsində "Su-24 təyyarəsi vurulandan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdiyini, lakin onun cavab vermədiyini bildirib.
 
Türkiyə prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.