Dünya

Baş nazir Prezidentin tənqidinə məruz qalıb

26 Noyabr 2015 23:06
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya Respublikasının Prezidenti Miloş Zemanın fikrincə, ölkənin Baş naziri Boquslav Sobotkanın miqrasiya böhranına münasibətdə mövqeyi Çexiyanın təhlükəsizliyini zərbə altına qoyur. Çexiya dövlətinin başçısı hesab edir ki, miqrasiya dalğası mütəşəkkil müdaxilədir, çünki özünü "İraq Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşma öz silahlılarını qaçqınlar axınına yerləşdirir.

M.Zeman vurğulayıb ki, bu yaxınlarda Parisdə terror hücumları həmin faktı təsdiq edir. Çexiya Prezidenti bu məsələyə dair mövqeyinə noyabrın 25-də "Mlada fronta Dnes" qəzetinə müsahibəsində bir daha aydınlıq gətirib. Prezident bir gün əvvəl Çexiya Respublikası Ordusunun rəhbərliyinin ümumi yığıncağında bildirib ki, təhlükə ölkənin sərhədlərinə yaxınlaşıb. Miqrasiya dalğası ilə terrorizm arasında əlaqəni görməmək sadəlövhlükdür.

Prezidentin sözlərinə münasibətini bildirən Baş nazir Boquslav Sobotka vurğulayıb ki, təhlükəni qaçqınlar deyil, terrorçular yaradır. Əksinə, qaçqınlara kömək etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.