Dünya

Ərdoğan Putinlə görüşmək istəyir

26 Noyabr 2015 22:58
5 Şərh     Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib, lakin Rusiya tərəfindən hələ cavab almayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti "France24" telekanalına müsahibəsində deyib. 

"Mən Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-u Parisdə görüşməyi təklif etdim. Lakin qarşı tərəf hələ cavab verməyib", - Ərdoğan deyib.

Qeyd edək ki, noyabrın 30-da Parisdə iqlim problemləri ilə bağlı beynəlxalq konferensiya başlayacaq.

Fransa prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, artıq 138 dövlət və hökümət başçıası konfransda iştirakını təsdiqləyib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.