Dünya

Rusiyada türk iş adamlarının kütləvi həbsi başladı

26 Noyabr 2015 18:53
10 Şərh     Baxış: 4 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada çalışan və ya bu ölkəyə müvəqqəti işgüzar səfərə gedən türkiyəli iş adamlarına təzyiqlər artıb. Bu həftə ərzində (noyabrın 24-26-sı arası) təkcə "YuqAqro" sərgisinə qatılan Türkiyə vətəndaşlarından 39 nəfəri "miqrasiya qanunlarını pozmaq" adı altında saxlanıb.

Milli.Az-ın məlumatına görə, virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan həmin türk vətəndaşları sərgidə Türkiyə məhsullarını nümayiş etdirən iş adamları, şirkət nümayəndələri olublar.

Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsindən bildiriblər ki, saxlanılan türk iş adamlarının "biznes fəaliyyəti üçün müvafiq icazəsi və işgüzar vizası olmayıb".

Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsi immiqrasiya nəzarəti şöbəsinin müavini Vartan Ter-Saakyan bildirib ki, Rusiyaya sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə bağlı gələn Türkiyə vətəndaşlarının işçi vizalarının olması məcburidir.

Məlumata görə, türk iş adamları viza qaydalarını pozmaqda ittiham olunur. Onlar 2-5 min rubl arasında cərimə ödəməli olacaqlar. Cəriməni ödəyəndən sonra isə Rusiyadan deportasiya ediləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.