Dünya

Vəziyyət gərginləşir: Türkiyə mediası Rusiyanı "köpək" adlandırdı - FOTO

26 Noyabr 2015 13:47
10 Şərh     Baxış: 5 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Suriyadakı hərbi kontingentinə aid Su-24 bombardmançısının Türkiyə səmasında vurulmasından sonra Ankara və Moskva arasındakı münasibətlərin həddən artıq gərginləşməsi bu gün də davam edib.

Səbəb isə Türkiyə mediasında britaniyalı jurnalistin məqaləsinin başlığını yanlış tərcümə edərək tirajlamasıdır.
Milli.Az bildirir ki, Britaniyanın nüfuzlu The Guardian qəzetinin Moskvadakı xüsusi müxbiri Şon Uolkerin (Shaun Walker) dünən qəzetdə dərc olunan "Türkiyə hərbçiləri Rusiya təyyarəsinə edilən xəbərdarlıqların audioyazısını yaydılar" (Turkish military releases recording of warning to Russian jet) məqaləsinin tərcümə olunmuş variantı Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrində yayılıb.

Lakin məqalənin başlığı "Hürən köpək dişləməz" ("Havlayan köpek ısırmaz") kimidir.


Şon Uolker bununla bağlı olaraq Twitter-dəki akkauntunda Türkiyə mediasına xitabən ironiya ilə yazıb: "Hamı bilir ki, Rusiya köpək yox, ayıdır". 
Rusiyanın XİN mənsubları olayla bağlı məlumatlandıqlarını və "müvafiq açıqlama ilə çıxış ediləcəyini" bildiriblər.

Orxan

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.