Dünya

Əfqanıstanda 3 taliban məhv edildi

26 Noyabr 2015 12:13
0 Şərh     Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" qruplaşmasının 3 üzvü Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyaləti ərazisində məhv edilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əyalət qubernatorunun mətbuat katibi Sanatulla Temor məlumat verib. O bildirib ki, qruplaşma rəhbərlərindən biri də daxil olmaqla, 6 terrorçu yaralanıb. Toqquşmalar zamanı əfqan polisinin azı 4 əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, son vaxtlar Əfqanıstanda vəziyyət pisləşib. Ölkənin əsasən kənd yerlərində güclü olan terror qruplaşması artıq iri şəhərlərdə mövqelərini gücləndirmək üçün hücuma keçib. Sentyabrın sonunda "Taliban" döyüşçüləri 300 min sakini olan Kunduz şəhərini tutublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.