Dünya

Seçicilərlə görüşdə güllələndi

26 Noyabr 2015 09:47
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelada parlament seçkilərinin keçirilməsinə həftə yarım qalmış yerli müxalifət liderlərindən biri qətlə yetirilib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, avtomobildə olan qatillər "Demokartik Dəstək" Partiyasının rəhbərlərindən olan Luis Diası ölkənin mərkəzi bölgəsindəki Altaqrasiya de Orituko şəhərində güllələyiblər. 
Siyasətçi yerli sakinlərlə görüşdə idi. Həbsxanadakı müxalif siyasətçi Leopold Lopesin xanımı Lilian Tantori bu zaman Diasın yanında idi.
"Demokratik Dəstək" Partiyası Venesuela müxalifətinin "Demokratik Vəhdət" koalisiyasına daxildir. Koalisiya son 16 ildə ilk dəfə olaraq ölkə parlamentində solçuları çoxluqdan məhrum edə bilər.
"Demokratik Dəstək" Partiyasının baş katibi Henri Ramos qətldə iqtidardakı Sosialist Partiyanı suçlayıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.