Dünya

Türkiyə mallarına embarqo

26 Noyabr 2015 09:55
2 Şərh     Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gündən etibarən Rusiya və Türkiyə arasında mal dövriyyəsi əməli olaraq dayandırılıb: Rusiya gömrüyü türk mallarını ölkəyə buraxmır. Bütün məhsul və sənaye malları partiyaları daha diqqətlə yoxlanılma üçün saxlanılır.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Nəşrin məlumatına görə, artıq bu gün Türkiyə mallarının Rusiya ərazisinə tədarükünə embarqo qoyula bilər. Mənbə qeyd edir ki, hökumətdə Türkiyə məhsullarının məhz hansı bəhanə altında qadağan olunması məsələsinə baxılır.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun nəticəsini ciddi hiss etməyəcək. Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Məkareş, İsrail, CAR və Argentinadan tədarüklər əvəz edəcək. RİA "Novosti"inin məlumatına görə, nazir defisit olmayacağını bildirib.

Türkiyə Rusiyaya ümumi tərəvəz idxalı həcminin 20 faizini tədarük edir. Rusiya bazarında Türkiyədən gətirilən sitrus bitkilərinin payı 25 faizdir. Ölkə Rusiya taxılının fəal alıcısıdır. 2015-ci ilin əvvəlindən 3,5 milyon ton taxıl ixrac olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.