Dünya

Rusların Su-24-nü bakılı "vurubmuş" - YENİLƏNİB - FOTO

26 Noyabr 2015 13:36
22 Şərh     Baxış: 25 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:36

Milli.Az bildirir ki, rusiyalıların "təyyarəni vuran türk pilotu" kimi qəbul və təqdim etdikləri şəxs - bakılı fotoqarf Vüqar İbadov daha bir açıqlama yayıb: 

"Hörmətli dostlar!
Çoxunuz bilirsiniz ki, dünəndən bəri mənim adım çox yerlərdə hallanıb, dünyada yaman məşhurlaşmışam. Sadəcə onu demək istərdim ki, mən sadə bir fotoqrafam. Mən öz sənətimi çox sevirəm və həmişə yaradıcılıqla məşğul olmuşam. Onu qeyd etmək istərdim ki, hər bir incəsənət aləminin nümayəndəsi kimi mən də dünyada baş verən hər növ müharibə və zorakılığa qarşı olmuşam. Mən həmişə istəmişəm ki, mənim fotolarım yalnız gözəllikləri, firavanlığı və xoşbəxtliyi əks etdirsin. Mən çox təəssüf edirəm ki, mənim adım bu məsələdə hallanıb və mənim bu sözlərimi, xahiş edirəm, hər kəsə çatdırasınız..."

------------

08:29

Rusiyanın Su-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulması rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunur.

Sosial şəbəkə istifadəçiləri hazırda fəal şəkildə bir fotoşəkli paylaşmaqdadır. Onlar bildirir ki, fotodakı şəxs guya Rusiya təyyarəsinin vuran Türkiyənin F-16-sının pilotudur.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yüz minlərlə rusiyalının paylaşdığı bu fotoda gənc bir adam təsvir olunur. Hamı onu lənətləməkdə davam edir. Bir çoxları isə hətta bir az da qabağa gedərək həmin şəxsi - bu "yaramaz hərbi cani"ni tapıb öldürməyi təklif edir.

İş o yerə çatıb ki, bu müzakirələr hətta mətbuat səhifələrinə və Rusiya hüdudlarından kənara da çıxıb. Fotoşəkil artıq başqa ölkələrin sosial şəbəkələrində də qızğın müzakirə predmetidir.

Yə yüz minlərlə rusiyalı social şəbəkə istifadəçisinin kuryoz şəkildə yanıldığını ortaya çıxıb. Məlum olub ki, rusiyalıların "təyyarəni vuran türk pilotu" kimi qəbul və təqdim etdiyi şəxs heç də F-16-nın şturvalı arxasında olmuş türk pilotu yox, adi bakılı fotoqarf Vüqar İbadovdur və onun hərbi aviasiyaya, ümumiyyətlə isə aviasiyaya heç bir aidiyyəti yoxdur.

Bəs necə olub ki, Azərbaycanda yaşayan Vüqar İbadov Su-24-ü vuran türk pilot kimi təqdim edilərək lənət hədəfinə çevrilib?

Məlum olub ki, Vüqar İbadovun onu bu qədər "məşhurlaşdıran" fotoşəkli azərbaycanlı və türk pilotların birgə iştirakı ilə keçirilən TurAz təlimləri zamanı çəkilib. V.İbadov həmin fotoda türk pilotunun formasındadır.

V.İbadov isə  açıqlamasında deyib ki, şəklinin bu cür yanlış qəbul olunmasına özü də heyrətlənib: "Mən adi fotomüxbirəm. Mənim nə F-16, nə də Su-24-ə heç bir aidiyyətim yoxdur. Mən həmin şəkli təlimlərdən bir xatirə kimi çəkdirmişdim. Sadəcə olaraq kimsə götürüb onu yayıb, nəticədə "məşhur" olmuşam. Diqqətlə baxın, fotoda yaxamda jurnalist vəsiqəm də var. Məncə, şəklim ətrafındakı bu hay-küy bir-iki günə səngiyəcək".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.