Dünya

Gennadi Zyuqanov: "Türkiyə ilə diplomatik əlaqələri kəsmək lazım deyil"

25 Noyabr 2015 14:52
4 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsinin əleyhinə olduğunu bəyan edib.

APA-nın verdiyi məlumata görə, G. Zyuqanov Su-24 qırıcının vurulmasından sonra Rusiyanın Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsində məna görmədiyini bildirib.

"Fikrimcə, indiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər", - deyə o qeyd edib.

G. Zyuqanovun sözlərinə görə, bəzi kommunistlərin Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı təkliflərini partiyanın mövqeyi kimi qəbul etmək düzgün deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.