Dünya

Məşhur otellər şəbəkəsinə haker hücumları oldu

25 Noyabr 2015 13:44
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq otellər şəbəkəsi "Hilton" haker hücumlarına məruz qalıb.

APA RBK-ya istinadən xəbər verir ki, haker hücumlarının məqsədi müştərilərin ödəniş kartları barədə informasiyaları əldə etmək olub.

Otellər şəbəkəsinin yaydığı açıqlamada bildirilib ki, hadisə ilə əlaqədar ekspert-kriminalist, hüquq-mühafizə orqanları, eləcə də ödəniş kartlarını istehsal edən şirkətlərlə sıx əməkdaşlıq şəraitində təhqiqat aparılıb. Otellər şəbəkəsinin təhqiqatı nəticəsində müəyyən olunub ki, hakerlər zərərli proqram təminatından istifadə ediblər. Hücumların məqsədi ödəniş kartlarının sahibləri, kartların nömrələri, onların istifadə müddəti və təhlükəsizlik kodunu əldə etmək olub.

Açıqlamada hakerlərin kartların informasiyalarının əldə edib-etmədikləri barədə məlumat açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.