Dünya

Rusiya qırıcısının vurulması birjalara da təsir etdi

25 Noyabr 2015 07:36
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hərbi hava qüvvələrinin Rusiyaya məxsus qırıcını vurması Avropa və dünya fond birjasında düşüşə səbəb olub. Milli.Az anspress-ə istinadən xəbər verir ki, investorlar insidentlə əlaqədar dərin narahatlıq içindədirlər. Onlar hadisədən sonra geopolitiki vəziyyətin gözlənilmədən dəyişə biləcəyindən ehtiyat edirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təyyarənin vurulmasından sonra bu addımın iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcəyini demişdi.

Lakin ekspertlər hadisənin ticarət əlaqələrinə ziyan vurmayacağını bildiriblər.

Türkiyə hazırda Rusiyanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Hadisədən sonra, əsasən, bir sıra aviaşirkətlər və otel qruplarının səhmləri də düşüb.

İstanbulun fond birjası 4.39 faiz, Moskva isə, 3.34 faiz dəyər itirib. Avropa fondlarında isə, 1.3 faiz düşüş qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.