Dünya

NATO baş katibi: "İŞİD Qərb və Rusiyanın ümumi düşmənidir"

25 Noyabr 2015 07:34
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması Qərb və Rusiyan üçün ümumi düşməndir. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.  

"İŞİD - ümumi düşməndir, mən İŞİD-lə mübarizədə bütün səyləri alqışlayıram. Rusiya da daxil olmaqla bizim hamımızın bir məqsədimiz olmalıdır - İŞİD-i məğlub etmək", deyə o Brüsseldə jurnalistlərə bildirib. Stoltenberqin sözlərinə görə, NATO İŞİD-lə mübarizədə bütün səyləri alqışlayır.    
 
NATO-nun baş katibi qeyd edib ki, Rusiyanın Suriyadakı hava zərbələrinin əksəriyyəti İŞİD silahlılarının olmadığı ərazilərə endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.