Dünya

Fövqəladə rejim Belçika iqtisadiyyatını zəiflətdi

25 Noyabr 2015 07:31
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikanın paytaxtı Brüsseldə terror təhlükəsi ilə əlaqədar artıq 4 gündür ki, davam edən fövqəladə rejim iqtisadi inkişafı ləngidib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, əsasən, ölkənin turizm sektoruna ciddi ziyan dəyib. Şəhərin əsas mağaza və restoranları çoxlu sayda müştəri itib. Yerli sakinlər isə, artıq şikayət etməyə başlayıblar. Sakinlər hökumətin vəziyyətə həddən artıq həssas yanaşdığını bildirirlər. 

"Adətən, mağazamızda indikindən 2 dəfə artıq müştəri olurdu. Milad ərəfəsində daha çox müştəri gəlirdi. İndi isə, sadəcə, gəlir şokalada baxıb gedirlər. Belə bir ciddi tədbir şəhər mərkəzi üçün doğru deyil." - deyə ticart mərkəzlərindən birinin əməkdaşı bildirir. 

Belçika hökuməti təkcə şəhər mərkəzinə girişi məhdudlaşdırıb. Lakin şəhərətrafı bölgələrdə də vəziyyətlə əlaqədar iri ticarət mərkəzlərinin biznes fəaliyyəti zəifləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.