Dünya

Ərdoğan Obama ilə Rusiyanın "SU-24" təyyarəsinin vurulmasını müzakirə edib

25 Noyabr 2015 07:11
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığı zamanı Rusiyaya məxsus  "SU-24" təyyarəsinin vurulması ilə bağlı yaranmış vəziyyəti müzakirə edib. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, prezidentlər bu cür hadisələrin təkrarlanmaması, onların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini qeyd ediblər.

Məlumata görə, Obama Türkiyənin öz suverenliyini qorumaq haqqının ABŞ və NATO tərəfindən dəstəkləndiyini bildirib. Prezidentlər gərginliyin azaldılması istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.  
 
Ərdoğan və Obama Suriyada siyasi keçidin təmin olunması üçün İŞİD-ə qarşı mübarizənin davam etdirmək niyyətində olduqlarını qətiyyətlə qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.