Dünya

NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub

24 Noyabr 2015 23:59
2 Şərh     Baxış: 2 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO hesab edir ki, Suriyada vurulmuş Rusiyaya məxsus "Su-24" təyyarəsi Türkiyənin hava məkanını pozub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının insidentlə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyənin təşəbbüsü ilə çağırılmış növbədənkənar iclasının yekununda bildirib.
"NATO Türkiyə və digər müttəfiqlərdən məlumat alıb və bizim qiymətləndirməmizə görə, bu, Türkiyənin bizi məlumatlandırdığı ilə uyğundur", - deyə o bildirib.
Stoltenberq, həmçinin qeyd edib ki, NATO Rusiya və Türkiyə arasında insidentlərin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.
Baş katibin sözlərinə görə, "Türkiyə təyyarənin vurulması ilə bağlı Rusiya ilə artıq əlaqə yaradıb. NATO Rusiya ilə heç bir əlaqə qurmayıb".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.