Dünya

Türkiyə yeni hədə: "Rusiyalılar bu ölkəyə getməsinlər"

24 Noyabr 2015 23:49
13 Şərh     Baxış: 1 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Türkiyə ilə bütün hökümətlərarası müqavilələrin dondurulmasını təklif edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, rusiyalı senator Türkiyə tərəfinin Suriyada Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsini vurması səbəbindən Türkiyə ilə bütün əlaqələrin dondurulmasının vacib olduğunu qeyd edib.
 
"Türkiyəyə tətilə getməyə hazılaşan Rusiya vətəndaşları bu ölkəyə getməsinlər. Bu ölkə ilə hökümətlərarası əlaqələr düzələnədək dondurulmalıdır", deyə Kosaçov bildirib.
 
Türkiyənin baş vermiş insidentlə bağlı üzr istəməyəcəyinə işarə vuran rusiyalı senator vurğulayıb ki, NATO-nun da bu insidenti qiymətləndirməyə cürəti yoxdur: "Türkiyənin üzr istəyəcəyinə də ümidim yoxdur. Qlobal terrorla mübarizədə potensial tərəfdaşlarımızın reaksiyalarını gözləyirik".  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.