Dünya

Rusiya Türkiyədən qisas alacaq?

24 Noyabr 2015 21:46
10 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vladimir Putin Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulması ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmayacaq. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskov bu gün vurulmuş rus hərbi təyyarəsi barədə jurnalistlərin suallarını cavablandıran zaman bildirib. 

Türkiyə KİV-lərində məsələ ilə Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasını çağırması barədə dərc olunan materiallara toxunan Peskov deyib: "Türkiyə KİV-ləri yəqin ki, Putinin Təhlükəsizlik Şurasının fövqəladə və ya mütəmadi iclaslarını nə zaman və hansı səbəbdən çağırdığını bilmirlər". Lakin Kremlin sözçüsü cox ciddi hadisə baş verdiyini söyləyib: "Tam mənzərəni bilmədən hansısa ehtimallar, qiymətləndirmələr irəli sürmək doğru olmaz". 

Peskovun sözləri Türkiyə - Rusiya müharibəsinin başlaması ilə bağlı müxtəlif ölkələrin KİV-lərində yayılmış ehtimallarla uyğun gəlmir. Erməni şərhçi İqor Muradyan hətta Ermənistanın bu müharibənin ön cəbhəsinə düşməsi barədə proqnozlar irəli sürüb. 

Düzdür, prezident Vladimir Putin və başqa Rusiya rəsmilərinin rus təyyarəsinin Türkiə sərhədinin 1 kilometrliyindən keçdiyini iddia edirlər. Amma Türkiyə tərəfinin təyyarənin trayektoriyası ilə bağlı təqdim etdiyi radar materialarının qarşısında heç bir fakt qoya bilmirlər. Rusiya hərbçiləri tərəfindən hətta mətbuata hadisənin pilotların səhvi ucbatından baş verdiyinni bildirirlər. "Böyük ehtimalla, pilotlar səhvən Türkiyə hava məkanına giriblər və uzun müddət suallara cavab verməyiblər",- deyə Su-24 bombardmançısının keçmiş pilotlarından biri BBC-yə bildirib.

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, Yaxın Şərq üzrə ekspert Fikrət Sadıqov da hadisələrin Türkiyə və Rusiya arasında müharibəyə səbəb olacağına inanmır. "Bu, gözlənilən idi. Türkiyə bundan əvvəl Rusiyaya sərhədlərinin pozulması barədə etiraz notası göndərmişdi. Amma bununla belə geo-siyasi gərginlik, Rusiya-Qərb münasibətlərinin gərginləşməsi fonunda bu, müsbət nəticələr verməyəcək",- deyə Fikrət Sadıqov bildirib. 

Politoloqun fikrincə, baş vermiş hadisə Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi sahədə münasibətlərə ciddi təsir edəcək. Həmçinin təyyarənin vurulduğu bölgədə iki ölkəyə bağlı güclər arasında qarşıdurma güclənəcək.

Təyyarənin vurulduğu Bayır-Bucaq bölgəsində əsasən türkmənlər yaşayır və bölgə türkmən könüllülərinin nəzarəti altındadır. Bölgə son günlər Rusiya təyyarələri tərəfindən intensiv bombalanırdı. Rusiya regiondan türkmənləri çıxararaq ərazini Bəşər Əsədin nəzarətinə verməyə çalışır. Buna görə, Türkiyə türkləri qorumaq üçün bölgəyə 500-ə yaxın hərbçi yeritməyə məcbur olub.

Amma istənilən halda Rusiya qisas addımı atacaq. Bu, Putinin son illərdə üfürüb şişirtdiyi psevdo-patriot ictimai rəyi susdurmaq üçün də lazımdır. Böyük ehtimalla, Putin qərbin sanksiyalarının yumşaldılmasının əvəzinə Suriyadan çıxacaq və ictimai rəyin başını qatmaq üçün yeni şər obrazı yaradacaq. Böyük ehtimalla, həmin obyekt Türkiyə olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.