Dünya

Konsert dəhşəti: 27 ölü, 150 yaralı - VİDEO - FOTO

31 Oktyabr 2015 09:16
0 Şərh     Baxış: 4 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestdəki "Colectiv" gecə klubunda faciə yaşanıb.
"Goodbye to Gravity" rok-qrupunun pulsuz konserti zamanı partlayış baş verib.
Milli.Az BNO News-a istinadən bildirir ki, partlayış anında klubda 400 nəfər vardı. İlkin məlumatlara görə, partlayışın səbəbi pirotexnikadır. Konsert zamanı feyerverklərdən istifadə olunub. Fişənglərdən biri tavana dəyib və elektrik texnikasını yandırıb. Nəticədə partlayış, yanğın baş verib.
Klubdakılar təlaşla qaçmağa başlayıblar, basabas yaranıb. Çoxları ayaq altında qalıb, basabasda boğulub. 

Hadisə yerinə onlarla təcili yardım avtomobilləri yollanıb.
Klubda 27 nəfərin həlak olduğunu Rumıniyanın baş naziri Qabriel Oprea təsdiqləyib. Daxili işlər naziririnin müavini Raid Arafatın dediyinə görə, ölənlərin sayı arta bilər.
Yaralıların əksəriyyəti 18-25 yaşlı gənclərdir və onların vəziyyəti ağırdır. Yanıq travmalarının həddi 70-80 faizdir. Onların durumu stabil ağırdır.
Rumıniya prezidenti Klaus Yohannis həlak olanların ailələrinə başsağlığı verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.