Dünya

"Boeing"i vuranlar tapıldı

13 Oktyabr 2015 23:56
2 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə "Boeing" sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulmasını araşdıran Niderlandın Təhlükəsizlik Şurası və müstəntiqlərdən ibarət beynəlxalq komanda təyyarənin vurulması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu  "Reuters" Niderland tərəfinə istinadən məlumat yayıb.
 
Məlumata görə, istintaq şübhəlilərin adlarını mətbuata açıqlamayıb.  
 
Qeyd edək ki,  Niderlandın Təhlükəsizlik Şurası bundan əvvəl 2014-cü ildə Malayziyanın "Boeing" sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq istintaqın nəticələrinə dair məruzəni dərc edib.
 
 Xatırladaq ki, 2014-cü  ilin iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçan "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" tipli sərnişin təyyarəsi Donetsk vilayətinin şərqində vurulması nəticəsində 298 nəfər ölüb. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.